Vəzifə: Proseslərin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• İnformatika, riyazi və ya iqtisadi sahədə ali təhsil;
• Sərbəst azərbaycan dili, orta səviyyədə rus və ingilis dili biliyi;
• Fərdi və komanda tərkibində işləmək qabiliyyəti;
• Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
• Biznes proseslərini təhlil etmə, qiymətləndirmə və modelləşdirmə bacarığına malik olmaq;
• Güclü ünsiyyət qurma bacarığı, MS Office – Excel bilikləri.
İŞİN TƏSVİRİ:
• Proseslərin, bankdaxili təlimat və qaydaların tətbiqi ilə əlaqədar xronometrajlar keçirmək;
• Bankdaxili təlimat və qaydaların hazırlanması işini təşkil etmək, struktur bölmələr arasında koordinasiyanı həyata keçirmək;
• Bankdaxili təlimat və qaydaların reyestrini hazırlamaq, monitorinqini həyata keçirmək;
• Proseslərin qiymətləndirilməsini, effektivliyinin ölçülməsini, layihələndirilməsini, monitorinqini və nəzarətini həyata keçirmək;
• Proseslərin təyin edilmiş ardıcıllığına əsasən iş və məsuliyyət bölgüsünün müəyyənləşdirilməsi və daxili qaydalarla tənzimlənməsini təmin etmək;
• Bankda yeni tətbiq olunacaq məhsul və xidmətlərlə bağlı struktur bölmələr tərəfindən daxil olan sifarişlər əsasında biznes proseslərini müəyyənləşdirmək, blok-sxemlərini hazırlamaq;
• Proseslərə sərf edilən zamanın azaldılmasını və çevikliyini, həmçinin proseslərin şəffaflığını təmin etmək;
• Proseslərdə keyfiyyətin qiymətləndirilməsi üçün indikatorlar müəyyən etmək, həmçinin keyfiyyətin səviyyəsini dəyərləndirmək;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proseslərin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.