8 C
Baku
Friday, December 13, 2024

“Prosus” şirkəti “Avito”nu satır

Hollandiyanın “Prosus” texnologiya investoru Rusiyanın “Avito” elan xidməti üçün alıcı axtarmağa başlayıb. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

25 mart 2022-ci ildə şirkət Rusiyanın “Avito” elan saytını “OLX” qrupundan çıxardığını elan etmişdi. Bildirilib ki, “Avito” müstəqil hüquqi şəxs kimi fəaliyyətini davam etdirəcək.

“Əməliyyat bölgüsü başa çatdıqdan sonra “Proses” Rusiya biznesindən çıxmaq qərarına gəlib. Biz “Avito”dakı səhmlərimizə uyğun alıcı axtarmağa başlamışıq”, – deyə mesajda bildirilir.

Qeyd edək ki, “Avito” 15 ildir Rusiyada fəaliyyət göstərir. Şirkətin işçilərinin sayı 3900 nəfərdir. İnternet xidmətinin məlumatına görə, hazırda “Avito”da elanların sayı 100 milyonu, auditoriyası isə 32 milyonu keçir.

Son xəbərlər
Digər xəbərlər