23 C
Baku
Tuesday, September 23, 2025

“Protean Construction” ₼50 milyonluq sifariş aldı: Lənkəranda su və kanalizasiya sistemi yaradacaq

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (Azersu) tabeliyində “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” tərəfindən Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində kanalizasiya sisteminin tikintisi işlərinin icrası üzrə keçirilmiş tenderin qalibi məlum olub.

Banker.az xəbər verir ki, tenderin qalibi “Protean Construction” ASC seçilib. Layihənin satınalan təşkilatı isə “Tikilməkdə olan obyektlərin müdiriyyəti” publik hüquqi şəxsidir.

Layihənin ehtimal olunan qiyməti 50.03 milyon manat təşkil edir. Lakin elan verilərkən 38.56 milyon manatlıq layihə olacağı ehtimal edilmişdi.

Müqavilə çərçivəsində Lənkəranda kanalizasiya sisteminin tikintisi işləri həyata keçiriləcək.

“Protean Construction” ASC-nin 2024-cü il üzrə xalis mənfəəti 2024-cü ildə 25.17 mln. manat olub. Bu göstərici 2023-cü ildə 24.83 mln. manat idi.

2024-cü ildə şirkətin müqavilələr üzrə gəlirləri 82.03 mln manat təşkil etmişdir ki, bu da 2023-cü ilin 70,87 mln. manat göstəricisindən 11,16 mln. manat və ya 15.75% çoxdur. Müqavilələr üzrə xərclər də paralel şəkildə artaraq 47,03 mln. manata yüksəlib. Bu isə illik 9.65 mln. manat və ya 25.81% artım deməkdir.

Xatırladaq ki, 2017-ci ildə rebrendinq nəticəsində “Tikinti-Quraşdırma Azər. Neft Kimya Zavod-2” Açıq Səhmdar Cəmiyyəti bazasında “Protean Construction” ASC təsis edilib. Müəssisə yüksək mərtəbəli binaların inşası, dəmir-beton su anbarlarının tikintisi, neft və neft məhsulları üçün böyük həcmli metal tutumların quraşdırılması, avtomobil yollarının, boru kəmərlərinin (neft və qaz nəqli kəmərləri və su-kanalizasiya xətlərinin) çəkilişi, neft-kimya müəssisələrinin rekonstruksiyası, texniki yenidən qurulması və əsaslı təmiri üzrə ixtisaslaşmışıb.

 

Son xəbərlər
Digər xəbərlər