Fransanın PSG klubunun prezidenti Nasser Əl-Xəlaifi daha bir komanda almağa qərar verib.
Onun təmsil etdiyi Qətərin “Qatar Sports Investments” fondu İngiltərənin “Lids” klubunun bir hissəsini almaqla bağlı danışıqlara başlayıb.
Asiyalı iş adamı Britaniya təmsilçisinin əsas səhmdarı Andrea Radridzani ilə görüşüb. Danışıqların ilkin mərhələsi müsbət nəticə verib. Ötən il səhmlərin 10 faizini ABŞ-ın “49ers Enterprises” şirkətinə satan sahibkarın qətərlilərlə də anlaşacağı bildirilir. Lakin “Qatar Sports Investments” əsas hədəfi gələcəkdə “Lids”i tam almaqdır.
Qeyd edək ki, İngiltərənin gücünə görə ikinci liqası sayılan Çempionşipdə çıxış edən “Lids” son mövsümdə 3-cü pilləni tutub. Komanda Premyer Liqaya vəsiqə şansını pley-offda itirib.
APA