6 C
Baku
Sunday, December 15, 2024

 “Psixopatlar” və varlı şəxslər arasında əlaqə

Məşhur britaniyalı publisit Con Ronson özünün “Psixopat-test” kitabında psixopatlar haqqında maraqlı fikirlər səsləndirmişdir.

Yazıçının fikrincə onlara daha çox zəngin insanlar arasında rast gəlinir. Bir fakta diqqət çəkmək lazımdır ki, psixopatlar elmi mənada heç də dəli və yaxud əqli problemləri olan şəxs deyil, sadəcə xüsusi psixi quruluşa malik, digərlərinin emosiyalarını qəbul etməyi və can yandırmağı bacarmayan kəs başa deməkdir.

Business Insider nəşrinin jurnalistləri araşdırmaçıların bununla bağlı dedikləri ümumi fikirləri toplamış, uğur qazanmış insanlarla psixopatlar arasında ortaq xüsusiyyətləri təyin etmişlər. Bunları oxuduqdan sonra düşünürsən: zənginlik buna dəyərmi və yaxud adi insan olmaq daha yaxşıdır?

Bəs  psixopatları fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

Şəfqət hissinin olmaması:

Amsterdam və Kaliforniya universitetlərinin alimlərinin 2008-ci ildə apardığı araşdırmaya görə, zəngin insanlar digərləri ilə ünsiyyət qurarkən emosiyalarını çox az biruzə verir. Hətta buraya çox yaxın insanlarının dünyasını dəyişməsi halı da daxildir.

Özünə vurğunluq:

Britaniyada psixoloqlar 39 müxtəlif şirkətin top-menecerinin davranış və xarakterlərinin xüsusiyyətlərini araşdırmışdır. Araşdırma gedişində top-menecerlər ilə yanaşı müxtəlif cinayət dərəcəsi ilə həbs cəzasına məhkum edilmiş insanların da xüsusiyyətlərini təhlil etmişlər. Alimlərə görə, hər iki qrup arasında oxşar cəhət hər hansı məqsədə nail olmaq üçün manipulyasiyaya və yaltaqlığa meyl etməyi göstərmişlər.

Eqoizm:

ABŞ Elmi akademiyasının araşdırmasına görə varlı insanlara xas xüsusiyyətlər aşağıdakılardır:

Yol hərəkəti qaydalarını pozmaq və heç bir günahkarlıq hissi keçirməmək;

Partnyorlarına, kolleqalarına, tanışlarına yalan danışmaq;

Harada olur-olsun özünün qələbə şərtlərini artırmaq üçün fırıldaqçılıq etmək.

Son xəbərlər
Digər xəbərlər