15 C
Baku
Thursday, March 28, 2024

Pul lazımdır? Tutarlı məqsədiniz olsun…

Əgər sizə pul lazımdırsa, bir məsələni qəbul etməlisiniz ki, hazırda məhz çox pul qazanmaq iqtidarındasınız. Pulların dünyada tək sizin üçün məmnunluq hissindən əlavə, başqaları üçün də necə xeyirlər qazandırdığı faktını qəbul edin. Çoxlu pul qazanmaq arzunuzu elə səbəblərlə əlaqələndirin ki, hər şeyi yarı yolda atmayasınız.

Gəlin pulların dünyamızı formalaşdırma vasitəsi kimi potensialını təhlil edək. Və əgər biz bu qədər sosial məsuliyyətli insanlarıqsa, nəyə görə böyük məbləğdə pullara sahib olmaq bizim üçün əhəmiyyətli dərəcədə vacib və faydalı hesab edilir? Bir dəqiqəlik insanların pullar vasitəsilə özü üçün yaratdığı xeyirləri və faydaları bir kənara qoyaq. Bu planetdə baş verənlərin böyük əksəriyyəti pullardan və yüksək məqsədlərdən qaynaqlanır.

Tereza ana 1997-ci ildə dünyasını dəyişdi və özündən sonra ideyaya sadiqlik və fədakarlıq nüunəsini miras qoydu. O yoxsulluq andı içmişdi və bütün həyatı boyu səfillərə və evsiz insanlara kömək etmək üçün yorulmadan çalışırdı. Lakin bunun əsasında yalnızca yoxsulluq andı durmurdu. O hər il yoxsullar üçün xəstəxanaların və sığınacaq yerlərinin tikilməsi üçün milyonlarla dollar toplayırdı. Bu pulların bərəkəti olmasaydı, Tereza ananın zəhməti minimum dərəcədə effektiv olardı. Pullar keçmişdə olduğu kimi, indi də bir çox şeyin tərkib hissəsi olaraq qalmaqdadır.

Çox illər əvvəl Kosta-Rika rəhbərliyi çaşqınlıq qarşısında idi. Ölkə özünün meşə sənayesini – son tropik meşələri və yağışlı cəngəllikləri 100 milyon dollara satmağa hazırlaşırdı. Ətraf mühiti qoruyanlar bununla mübarizəyə tam hazır idilər və təbii ki, çox da haqlı idilər. Lakin bu zaman yerli məmurlardan biri belə demişdi: “Biz kasıb millətik, təhsilimiz və sağlamlığımız üçün pullara ehtiyacımız var”.

Ətraf mühitə və öz ideyalarına sadiq olan kiçik bir qrup insan tropik meşələri qorumaq üçün çıxış yolları axtarmağa başladılar. Bu zaman çoxsaylı variantlar nəzərdən keçirilir, lakin bir qərar daha dəlisov idi – bütün tropik meşələri dövlətdən almaq və onu təbbi park olaraq qoruyub saxlamaq. İdeya əla idi, lakin 100 milyon dolları necə tapmaq olardı? Bir çoxları bu qərarı təbəsümlə qarşıladı və qeyri-mümkün adlandırdı. Lakin xoşbəxtlikdən dünyada elə insanlar var ki, onların həyati missiyaları bütün “qeyri-mümkünlərin” üzərindən xətt çəkir.
İdeya müəllifləri kömək üşün kimə müracitə etdilərsə, hər kəs onları xəyalpərəst adlandırdı.

Lakin onlar çoxsaylı təşkilatların qapılarını döyməkdə davam edirdilər. Və bir gün belə bir təşkilatlardan biri – Dünya bankı nəhayət ki, layihəni maliyyələşdirməyə razı olur və tropik meşələr xilas edilir. İndi bu topik meşələr qürurla Kosta-Rikanı təmsil edir və ölkəyə gələn turistlər toxunulmamış təbiət incisindən zövq ala bilirlər.

Bütün bunlar ona görə baş verdi ki, öz ideyasına sahib bir neçə insan özünü bu nəticənin əldə edilməsinə həsr etdi. Bu onların əzmkarlığı və qətiyyətliliyi sayəsində baş verdi.

Sizə pul qazandıra biləcək bütün yaxşı şeyləri sevin. Böyük pullar yarada biləcək xeyirxahlığı qiymətləndirin və qəbul edin. Bir faktla razılaşın ki, sizin maliyyə uğurunuz ilə bir çox insana kömək etmək imkanınız var, uğursuzluğunuz isə heç kimə kömək olmayacaq.

Son xəbərlər
Digər xəbərlər