26 C
Baku
Saturday, April 20, 2024

Pul qənaət etmək strategiyaları: “Bacarmıram” deməyin!

Nə qədər pul qazandığınız önəmli deyil. Vacib olan qazandığınız vəsaitlərə qənaət etməyi bacarıb bacarmadığınızdır. Unutmayın ki, maliyyə rifahının əsas mənbəyi məhz qənaətcil olmaqdır.

Bir çoxları deyir: “Mən qənaət etməyi bacarmıram”. Bu yalnış fikirdir. Hər kəs qənaət edə və ehtiyat olaraq müəyyən məbləğ toplaya bilər. Əsas olan ilk başda istəmək və bir neçə strategiyaya əsaslanmaqdır.

Bu strategiyalar isə aşağıdakılardır:

Emosiyaları idarə etmək:

İnsanən psixoloji vəziyyəti onun pullara münasibətinə birbaşa olaraq təsir edir. Nəzarətsiz qalan emosiyalar çox zaman düşünülməmiş alış-veriş etməyə vadar edir. Məsələn, bir çoxları pul xərcləməyi ən güclü antidepressant olaraq görürlər. Psixoloqların fikrincə, bu cür davranış pul xərcləyən şəxsin onu incidən şəxslərə öz üstünlüyünü göstərmək cəhdlərinin təzahürüdür. Bu isə son nəticədə pulların havaya sovurulmasına gətirib çıxarır.

Bu səbəbdən də, əhəmiyyətli dərəcədə qənaət etməyə kömək edən strategiyalardan ən birincisi – pulları havaya sovuran gizli emosional amilləri idarə etməkdir.

Lazımsızdan imtina etmək:

Həftəlik alış-veriş siyahınızı nəzərdən keçirin. Bu siyahıdakı hər bir əşya həyat üçün önəmlidirmi? Burada söhbət ətin və yaxud ütünün alınmasından getmir.

Qənaət şüurlu şəkildə həyata keçirilməlidir və lazımsız alış-verişdən imtina etmək dedikdə sizə sözün əsl mənasında gərəksiz olan əşyalardan gedir. Unutmayın ki, reklam fəndlərinə aldanaraq dəfələrlə belə əşyalara pul xərcləmisiniz. Bu lazımsız əşyaları öz siyahınızdan çıxarın və nə qədər qənaət edə biləcəyinizin şahidi olacaqsınız.

Ailə qənaəti:

Nəyə görə ailələrin əksəriyyəti ehtiyat olaraq müəyyən məbləğ toplaya bilmir? Müəyyən mənada cavab aydındır: kommunal xidmətlər, nəqliyyat, qida, məişət xərcləri və s. Bundan əlavə, əyləncə və müxtəlif planlaşdırılmamış xərcləri də buraya daxil etmək mümkündür. Lakin bir çox hallarda ailənin ehtiyat məbləğə nail ola bilməməsinin əsas səbəbi məhz bu xərclərlə deyil, ailə fərdlərinin qənaət etməyi bacarmamaqlarından irəli gəlir.

Ailədə qənaət ümumi büdcənin planlaşdırılmasından başlayır. Nəyə və nə qədər pul xərclədiyinizi bilmək mütləqdir. Növbəti variant isə məişətə evdar münasibətdir. Əgər ailə başçısı xarab olan kranı özü təmir edə bilirsə, nəyə görə santexnikə əlavə pul xərcləyəsiniz? Bundan əlavə, aylıq ödənişləri zamanında ödəməyi unutmaq olmaz. Bir faktı qeyd edək ki, ailə daxilində qənaət etmək üçün çoxlu sayda variantlar mövcuddur. Sadəcə olaraq bu variantlardan yararlanın!

Ağıllı şopinq:

Alış-veriş prosesini əvvəlcədən düşünülmüş plan əsasında həyata keçirməklə əhəmiyyətli dərəcədə qənaət etmək olar. Məsələn, brend arxasınca qaçmaq lazım deyil. Birincisi, dəbdəbəli ad və yüksək qiymət heç də hər zaman keyfiyyətdən xəbər vermir. İkincisi isə, hər hansı bir məhsul fəal şəkildə reklam edilmirsə, bu onun işə yaramadığından xəbər vermir.

Bundan əlavə, əgər bank kartı ilə ödəniş edirsinizsə, xərcləri diqqətlə izləmək lazımdır. Çünki virtual pullardan imtina etmək hər zaman daha asandır. Bu fakt psixoloqlar tərəfindən də təsdiq edilmişdir.

Beləliklə, bu sadə strategiyaları rəhbər tutmaqla bir çox insanlar kimi siz də asanlıqla qənaət etməyə nail ola bilərsiniz.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər