Hansı ölkədə oğru banka pulları qaytardı və daha sonradan geri aldı?
1993-cü ildə Avstriya bankının əməkdaşı Otto Nyuman öz növbəsində banka qarət təşkil edir. Bu qarətdə onun əlbir olduğu iki şəxs də iştirak edirdi. Bnakdan bu gün ki valyuta ilə 167 min avro pul, qızıl külçələr və sikkələr oğurlanır. Lakin tezliklə qarətin üstü açılır və bütün oğurlananlar geri qaytarılır. Nyuman isə 3 il 6 ayını həbsdə keçirməli olur. 2012-ci ildə belə aydın olur ki, bank sığortalanmış bütün bu oğurlanan vəsaitlərin pulunu sığorta şirkətindən tələb etməyib. Nəticədə məhkəmə bütün pulların Nyumana verilməsinə qərar verdi. Nyuman isə təbii ki, öz növbəsində buna etiraz etmədi.
Hansı komanda Olimpiadada iştirak etmək üçün qəhvə satmalı olmuşdu?
1932-ci ildə Böyük Depressiya səbəbindən Braziliya höküməti öz idmançılarını Los-Ancelosda keçirilən Olimpiada oyunlarına göndərməyə pul tapa bilmədi. Lakin vəziyyətdən çıxış yolu tapıldı: 82 atletdən ibarət komanda qəhvə il dolu gəmiyə mindirilir və bu qəhvəni yol boyu satmağa məcbur edilirlər. Gəmi San-Pedro limanına çatdıqda başqa bir çətinlik ilə üzləşir. Bu zaman sahilə ayaq basacaq hər idmançıya görə 1 dollar tələb olunur. Pul hamıya bəs etmədiyindən sahilə ancaq medala layiq olanlar buraxılır. Gəmi buradan San-Fransiskoya üzür, burada bir miqdar qəhvə satır və geri qayıdarak bir neçə idmançını sahildə düşürür. Lkain bununla belə 15 braziliyalı idmançı Los-Ancelosdakı yarışlarda iştirak edə bilmir.
Harada ən adi oyun kartları pul kimi istifadə edilib?
Müasir Kanadanın ərazisində ilk kağız pul rolunu oyun kartları oynayıb. 1685-ci ildə Yeni Fransanın şimal ərazilərinin administrasiyası işçilərə ödəniləcək əmək haqqı və təzminatlar üçün qəpik çatışmazlığı ilə üzləşdi. Pul vəsaitləri bura Avropadan gətirilirdi. Belə olduqda intendant adi oyun kartlarını müxtəlif formalarda kəsir, üzərinə pulun nominalını yazır və altından öz möhürünü vurur. Avropadan gəmi buraya həqiqi pul vəsaitlərini gətirdikdə isə kartlar pullara dəyişdirilir. Nağd pul çatışmazlığı probleminin həlli üçün bu üsul bir neçə dəfə də 17-ci əsrin sonu, 18-ci əvvəllərində istifadə edilirdi.
Varlı almanın qeyri-adi vəsiyyətnaməsi necə idi?
1902-ci ildə Berlində Pfeyfer soyadlı varlı bir şəxs dünyasını dəyişir. Öz qohumlarının məkrli məqsədlərindən şübhələnən bu şəxs orijinal formada vəsiyyətnamə tərtib edir. Ona əsasən, onun tabutu arxasınca getməyən hər bir qohumu 300 mark əldə edəcəkdi. Qalan miras isə başqa bir qrup insan arasında bölüşdürüləcəkdi. Bu insanların kim olduğu isə dəfndən sonra elan edilməli idi. Dəfndən sonra məlum olur ki, Pfeyferin bütün sərvəti 300 markdan imtina edərək onun tabutu arxasıyca gedən insanlara verilir. Sərvəti bölüşdürməyə heç ehtiyac belə qalmadı. Bütün məbləği Pfeyferin uzaq qohumu olan yaşlı bir qadın əldə edir. Çünki yalnız o onun tabutunu müşayiət etmişdi.