13 C
Baku
Monday, May 6, 2024

Pullardan daha baha olan nədir?

Bu gün bir çoxlarımızın həyatı pullar arxasınca amansız qaçışdan ibarətdir. Pul haqqında düşüncələrimiz bütün digər ideya və fikirlərimizi kölgədə qoyur. Bəs bilirsinizmi ki, belə bir ideya mövcuddur ki, pullar – onlar haqqında artıq düşünmədikdə və bütün diqqəti başqa bir istiqamətə yönəltdikdə gəlir. Bununla yanaşı, nə qədər şablon səslənsə də, pullardan daha qiymətli şeylər mövcuddur.

Uşaq olduğunuz zamanı və pullarla bağlı istənilən məsələnin bizi maraqlandırmadığı o məsum dövrü xatırlayırsınızmı? O zaman yaşamaq nə qədər də asan idi, xatırlayırsınızmı?

Bəs sonra nə baş verdi?

Biz böyüdük. İşə düzəldik. Ailə qurduq. Məsuliyyət və onunla əlaqədar olaraq tələb və pula ehtiyac da peyda oldu. Və bu andan etibarən həyatımız bütünlüklə dəyişdi.

Pullar haqqında düşüncələr bütün digər fikirləri boğdu. Pullar sitayiş etdiyimiz bir obyektə çevrildi. Etdiyimiz hər bir şey pul xatirinədir.

Lakin həyatın və məsələnin əsas ziddiyyəti ondan ibarətdir ki, nə qədər çox pul qazanmağımızdan asılı olmayaraq, daim daha çox pul arzu edirik. Beləliklə də, həyatımız pullar arxasınca sonu olmayan bir yarışa çevrilir. Bəziləri bu işdə uğurlu, bəziləri isə uğursuzdur.

Artıq böyük sərvətə nail olmuş insanların dediklərinə inanmalı olsaq, pullar həyatımızda onların ardınca qaçmaqdan imtina etdikdə və ön plana daha qiymətli şeyləri çıxardıqda daxil olur.

Həyatımızda pullardan daha qiymətli olan və ön plana çıxarmalı olduğumuz bu cəhətlər isə aşağıdakılardır:

Ailə ilə birgə keçirilən zaman:

Pul itirdikdə onu yenidən qazana bilərsiniz. Lakin zaman itirsəniz onu bir daha geri qaytara bilməyəcəksiniz. İnanın, unudulmaz xatirələr yaratmaq sizdən çox az səy və zaman tələb edir. Ailəniz, övladlarınız, dostlarınız pullardan daha artıq önəmə sahibdirlər. Zaman itirmədən vaxtınızı onlarla dəyərləndirin.

İdeyalar:

İdeyalar – pullardan daha qiymətlidir. Zamanla inflyasiya pulları bir-bir “udur”, yaxşı ideyalar isə zamanla daha böyük qiymət qazanır. Öz ideyalarınızı bir kənara qeyd edin və lazımi anı gözləyin. Ola bilsin, bu ideyalardan biri sizi gələcəkdə arzuladığınız miqdarda sərvətə malik bir şəxsə çevirəcək.

Təbəssüm:

Təbəssüm və gülüş bizi xoşbəxt və sağlam edir. Gülüş ömrü uzadır. Heç kəs hər hansı miqdarda olan məbləğ qarşılığında gülüşümüzü bizdən ala bilməz. Eyni zamanda, gülüş üçün səbəbimizi özümüz yaradır, özümüz kəşf edirik.

Xeyirxahlıq:

Ətrafımızdakı insanlara yardım etdikdə etdiyimiz bu yaxşılıq bumeranq effekti ilə geri dönür. Və bu bumeranqı nə qədər sürətlə atsaq, bir o qədər sürətlə də geri dönəcək. İmkan və bacarıqlarınız daxilində xeyirxahlıq etməklə bir şey itirmiş olmazsınız. Əksinə dünyadakı heç bir ala bilməyəcəyi səmimi bir təşəkkür qazanacaqsınız.

Fiziki sağlamlıq:

İnsanların bəziləri işdən ayrıldıqdan və təqaüdə yollandıqdan 1 ilsonra dünyalarını dəyişirlər. Bu o deməkdir ki, çox pul qazanmaq naminə sağlamlığınızı qurban verməyin. Ömrü boyunca qazandığınız pulları xərcləmək imkanına nail olmadan vəfat etmək heç kəs üçün istisna hal deyil. Sağlamlığınıza diqqət edin, yalnız bununla uzun və xoşbəxt həyat yaşamaq mümkündür.

Siz:

Bir çox insan özünü bank hesabındakı məbləğin həcminə, sahib olduğu vəzifə və əşyaların dəyərinə əsaslanaraq qiymətləndirir. Burada bir faktı anlamaq lazımdır. Siz – atomların, kimyəvi maddələrin, qazandığınız təcrübələrin, maraqların və ideyaların inanılmaz kombinasiyasısınız. Sahib olub-olmadıqlarınıza baxmayaraq, siz, siz olaraq mükəmməlsiniz!

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər