Bizim eramızdan təxminən 3 – 2 min il əvvəl Messopotamiyada ilk banklar yaradılır. Onların rolunu məbədlər və yerli hökmdarlarının sarayları yerinə yetirirdilər.
Bizim eramızdan təxminən 2 250 il əvvəl Kappadokkinin ( indi ki Türkiyənin ərazisi ) hökmdarları pulların funksiyasını yerinə yetirən gümüş külçələrin keyfiyyətinə və çəkisinə zəmanət verməyə başılayırlar.
Bizim eramızdan təxminən 1 200 il əvvəl «pullar» adlı çin hiyeroqlifi əmələ gəlir.
Bizim eraməzdan təxminən 640 – 630 il əvvəl ilk olaraq Lidiyada ( indi ki Türkiyınin ərazisi ) pullar ( bu sözün müasir dövrdə işlədildiyi mənada ) icad olunmuşdu. Bunlar qızılın və gümüşün ərintisindən olan yumru qəpiklər idi.
Bizim eramızdan təxminən 600 il əvvəl bank əməliyatlarının mövcudluğu aşkar olunmuşdu. Yunanistanın və İoniyanın bir sıra şəhərlərində bankir Tifiyin ofislər şəbəkəsi var idi. O , nağdsız hesablamadan istifadə edirdi. Ticarətçilər və səyahətçilər özləri ilə pulları deyil, Tifiyin bankının mədaxillərini nəql edirdilər.
Təxminən həmən vaxtlarda Çində dəmirdən pullar zərb etməyə başlayırlar. Buna qədər isə pullar yalnız qiymətli metallardan zərb edilirdi və onların qiyməti düzədildikləri materialın dəyərinə bərabər idi. İlk dəfə Çində pulların düzədilməsi üçün nisbətən ucuz materiallar istifadə edilməyə başlanılır və «nominal» anlayışı təqdim olunur.
Bizim eramızdan təxminən 500 il əvvəl yunan müəllifləri spartalı qanunverici Likurqun islahatları haqqında bəhs ediblər. Likurq bütün dünyada ilk dəfə maliyyənin təcrid edilmə siyasətini aparmaq istəmişdi. O , əcnəbi ticarətçilərin dəbdəbə əşyaları ilə fəaliyyətlərini məhdudlaşdırmaq üçün qızıl və gümüş sikkələrin istifadəsinə qadağa qoyur. Spartanın pulları məhz xüsusi olaraq böyük və ağır şəkildə zərb edilirdi. Hətta kiçik məbləğlərin nəqli üçün atlara qoşulmuş araba gərəkdir. Bu pullar Spartadan başqa heç yerdə tanınmırdılar.
910-cu ildə Çində kağızdan pulların kütləvi istehsalına başlanılır.
1156—cı il. Valyutanın mübadiləsi kursları barəsində ilk rəsmi müqavilə. Genueziyalı tücarlar bu müqaviləni Vizantiya ilə bağlayırlar.
12-ci əsr. Şimali İtaliyada bir sıra özəl bank evləri açılır. Genuyada qeyri-nağd vəsaitlərin ( bu sözün müasir dövrdə istifadə olunan mənasında) ilk bank transferi edildiyi müəyyən edilib.
1440-cı il. İoqann Qutenberq çap maşını icad edir. O, kitabların dərc olunması üçün nəzərdə tutulmuşdu. Lakin daha sonra onun pulların çapında istifadə edilməsi təklif olunur . Belə olduğu halda pulların istehsalı daha tez və ucuz başa gəlirdi. Lakin çinlilər pulların çap edilməsi üçün artıq çap maşınından istifadə edirdilər, avropalıların isə bundan hələ xəbərləri yox idi.
1649-cu il. İngiltərənin, Fransanın, Hollandiyanın bankları qəbzlər buraxmağa başlayırlar. Bank çeklərinin prototipləri 13-ci əsrdən etibarən məlum idilər.
1661-ci il. Dünyada ilk mərkəzi dövlət bankı- İsveç Bankı yaradılır. Ölkədə bank əməliyyatlarına nəzəriyyət edən və milli valyutanın itehsalına və vəziyyətinə cavabdeh olan mərkəzi bir bank yaradılması haqqında ideya inqilabı bir yenilik idi. Bu ideyanın dünyada mənimsələnməsi uzun bir müddəti əhatə etmişdir.
Məsələn, Fransada mərkəzi bank 140 ildən sonra açılır. Russiya İmperiyasının dövlət bankı 1860-cı ildə yaradılmışdır. ABŞ-da Mərkəzi Bankın funksiyalarını yerinə yetirən Federal Ehtiyyat Sistemi (Federal Reserve System) 1913-ci ildə açılmışdır. Buna qədər isə amerikan bankları ölçülərinə və tərtibatına görə fərqlənən dollar banknotaları buraxırdılar.
1705-ci il. Monetarizm nəzəriyyəsinə həsr olunmuş « Pullar və Ticarət. Xalqı pullar ilə təmin etmək haqqında təkliflər ( Money and Trade Considered: With a Proposal for Supplying the Nation with Money) » adlı ilk kitab dərc olunur. Onun müəllifi şotland olan Con Lo idi ( John Law ).
1824-ci il. ABŞ-da dünyada bir ilk olan bank açıqlığı sistemi yaradılır. Qarşılıqlı tələbat və öhdəliklərə əsaslanan bu sistem məhsullara, qiymətli kağızlara və təqdim olunan xidmətlərə görə nağdsız hesablaşma aparırdı.
1837-ci il. Maliyyə sahəsində inqilaba səbəb olan teleqraf maşınının icadı. 18-ci əsrin sonlarında teleqraf maliyyə kommunikasiyasının vasitəsinə çevrilir. XX əsrin əvvələrində dünya bank ödəmələrinin 80%-i teleqrafın vasitəsi ilə həyata keçirilirdilər. 1914-cü ildə Böyük Britaniyada 800 minə yaxın, Almaniyada – 1 milyon 400 minə yaxın, ABŞ-da isə 10 milyon teleqraf maşını var idi. Lakin ABŞ-ın Federal Ehtiyyat Sistemi teleqraf maşınını əməliyyatlarda yalnız 1918-ci ildən etibarən istifadə etməyə başlayır. Bunun səbəbi yeni texnologiyaya etibarsızlıqda gizlənir. Onlar teleqrafın sayəsində dələduzların maliyyə məlumatlarını əldə edəcəklərini düşünürdülər.
1937-ci il. Kompüterin ilk prototipi Ayova ştatnda yerləşən kollecdə yaradılır. 1946-ci ildə Pensilvaniya Üniversitetində ilk əsl ENİAC (Electronic Numerical İntegrator and Calculator) kompüteri düzəldilir. Onun çəkisi 30 ton idi və o, bir saniyədə 5 min əməliyyat həyata keçirə bilirdi. Bu kompüter artilleriya hesablamaları aparamaq üçün ABŞ ordusunun sifarişi ilə yaradılmışdır. İlk on illikdə heç kəsin ağlına kompüterləri maliyyə hesablamaları üçün istifadə etmək gəlmirdi. Onlar belə əməliyyatlar üçün etibarsız sayılırdılar.
1944-ci il. Bretton Vudsda ( ABŞ ) beynəlxalq konfrans. Dolların kursu qızılın kursuna bağlıdır. Dollar beynəlxalq ticarətin əsaslandığı valyutaya çevrilir. Bu il şərtli olaraq müasir qloballaşma prosessinin başlanğıcı hesab edilir. Bretton Vudsda keçirilən konfrasda Dünya Bankının ( World Bank ) Beynəlxalq Valyuta Fondu ( International Monetary Fund ) yaradılması və azad ticarətin inkişaf etməsi barəsində qərarlar qəbul olunur.
1950-ci il. Diners Club adlı ilk kredit kartı yaradılır. Bu kart restoranlarda səhər yeməyini, günorta yeməyini və naharı ödəmək üçün nəzərdə tutulmuşdur. İki il sonra Franklin National Bank-ı ilk bank kredit kartını buraxır.
1969-ci il. Kompüterlərin şəbəkələrə ilk birləşilməsi.
1970-ci il. İntel şirkəti ilk kompüter çipi yaradır. Fərdi kompüterlərin icadına səbəb olan texnolojı inqilabın başlanğıcı.
1971-ci il. Dolların qızıla bağlılığı ləğv olunur. Bretton Vudsun qərarları artıq gərəkisz hesab edilirlər.
1972-ci il. Kompüterlər maliyyə sahəsinə gəlirər. ABŞ-da ilk olaraq bank qəbzlərinin hesablanması üçün mərkəzləşdirilmiş elektron şəbəkəsi yaradılır.
1973-ci il. 15 ölkədən olan 239 bank Dünya Banklar arası Maliyyə Telekomunikasiya Cəmiyyəti ( Society for Worldwide Interbank Telecommunication- SWIFT ) yaradır.
1977-c il. Fərdi kompüter olan Apple II azad satışa çıxarılır. 1975-ci ildə dünyada 50 minə yaxın, 1998-ci ildə – 140 milyondan çox, 2002-ci ildə isə – 800 milyondan çox işlək kompüter var idi.
1991-ci ildə. Avropa fizika laboratoriyası CERN hər kəsə məlum olan məşhur internet-protokolunu – www -World Wide Web yaradır. Bu kəşf ilk növbədə fiziklər arasında məlumat mübadiləsini dəstəkləmək üçün edilmişdi.
1993-ci il. DigiCrash adlı «rəqəmsal pullar» icad edilir. Bu texnologiyanın əsasında sonradan smart-kartlar – kompüter çipi yerləşdirilmiş kartlar- yaradılır. Kompüter çiplərinə hesabda olan məbləğ haqqında məlumat yerləşdirilir. Atlantada Olimpiya oyunları keçirilən zaman (1996-ci il) 300 mindən çox smart-kart satılmışdı. Həmən ildə Yaponiyada bütün telefon cihazları smart-kartlara köçürülür. Adi smart-kartlar fərdi şifrə ilə müdafiə olunduqları üçün onları oğurlamaq gəlirli deyil və əziyyətlidir.
1995-ci il. Böyük inqilabın ili. «Rqəmsal pullar»ın kağız pulları zərində qələbəsi. 1995-ci ildə ABŞ-da 90% bank ödəmələri elektron şəkildə edilirdi. National Automated Clearing House Association-ın hesablamalarına görə 3 trilyon bank əməliyyatı elektron şəkildə, 2,5 trilyon qəbz ilə və yalnız 2 trilyon nağd ödəmə ilə aparıılırdıar.
1998-ci il. ABŞ-da istifadəçilərin bir-birilərinin hesabına pul köçürülməsinə imkan yaradan PayPal sistemi yaradılır. Avropada isə istifadəçilərə telefon vasitəsi ilə əməliyyatlar aparmağa imkan yaradan PhonePaid sistemi yaradılır.
2002-ci il. Avropa ölkələri üçün vahid valyuta – avro – yaradılır. Nağdsız hesablamalar aparmaq üçün avro 1999-cu ildən etibarən istifadə olunmağa başlanılır.
2003-ci il. İqtisadiyyat üzrə Nobel mükafatının laureatı Robert Mandel ( Robert Mandell ) 2040-ci ildə bütün dünyanın vahid valyuta yaradılmasının astanasında olacağını proqnozlaşdırır. Vahid valyutanın əsasını ABŞ-ın, Avropa Birliyinin və Yaponiyanın pul vahidləri təşkil edə bilərlər. Fərz edilən valyutanı Mandell “day” (dollar, avro, yen) və yaxud “intor” adlandırıb.