7 C
Baku
Thursday, December 12, 2024

Pullarınızı AccessQazanc-la geri qaytarın

Ötən ilin sonlarına yaxın AccessBank müştəriləri üçün yeni bir layihəyə imza atdı.

Layihənin məqsədi isə Bankın kartları ilə nağdsız ödəniş edən şəxslərin, pullarının bir hissəsini kartlarına geri qaytarmaqdır. AccessBank ilə artıq pullarınızı geri qaytarmaq vaxtı gəlib çatmışdır.

Layihənin şərtləri isə tam olaraq sadədir. Belə ki, Bankın  layihə üzrə əməkdaşlıq etdiyi  Ticarət nöqtələrindən məhz Bank-ın plastik kartları ilə ödəniş edirsiniz və ödədiyiniz məbləğin 17%-dək pulu kartınıza geri qazanırsınız.

Qazanmaq üçün alış-veriş edə biləcəyiniz məkanlarlı isə www.accessqazanc.az saytına daxil olaraq öyrənə bilərdiniz.Bu məkanlara – market, geyim, ayaqqabı,texnika, telefon mağazalarında, restoran, tibbi mərkəzlərdə və digər ticarət obyektlərində və s. xidmət sahələri aiddir.

Bu layihənin üstünlüklərindən biri də odur ki, Siz alış-veriş etmək istədiyiniz məhsul üzrə əldə edəcəyiniz qazancı faizini əvvəlcədən öyrənə bilərsiniz.  Belə ki, Siz sayta daxil olursunuz və istədiyiniz bir məhsulu seçirsiniz. Bu zaman isə həmin məhsulun üzərində qazanc faiziniz qeyd olunur.  Həmin faiz də malı aldıqdan sonra öz hesabınıza köçəcəkdir.

Capturedd

AccessQazanc layihəsi,  Bankın kartı ilə ödənilən malın dəyərinin bir qisminin geri qaytarılmasını nəzərdə tutan  sərfəli bir cash back xidmətidir. Bu o deməkdir ki, mala və ya xidmətə görə ödənilən məbləğin müəyyən hissəsi müştərinin kart hesabına geri qaytarılır. Geri qaytarılan məbləğ isə hesaba 3 gün ərzində köçürülür.

Sizə geri qaytarılan məbləği isə çox asanlıqla öyrənə biləcəksiniz , çünki qaytarılan məbləğ ödəniş edən zaman təqdim olunan çeklərin üzərindəhəmçinin bankomatdan hesabınızdan çıxarış götürərək öyrənə bilərsiniz.

Layihədə Siz Bankın həm debet, həm də kredit kartlarından istifadə edə bilərsiniz.  Qaytarılan vəsait daha sonra istənilən qaydada istifadə oluna, o cümlədən bankomatlardan nağd şəkildə çıxarıla bilər.

Layihədə iştirak etməyiniz üçün isə xüsusi bir kart əldə etməyinizə ehtiyac yoxdur. Siz  AccessBank-ın bütün plastik kart sahibləri, bu proqrama qoşulan təşkilatların xidmətlərindən istifadə edərək qazanc əldə bilərsiniz.

Bank Sizin qazanmağınız üçün isə layihə üzrə daha bir neçə  kampaniyaya da start verdi.

Kampaniya çərçivəsində, Siz AccessQazanc nişanı olan ticarət obyektlərində Bank-ın plastik kartları ilə alış-veriş edərək, ödədiyiniz  mal və ya xidmətin “Qazanc” yazılı 10 kassa çeklərini Banka təqdim etməlisiniz.  Ödənilən məbləğdən asılı olmayaraq, bu çeklər Bank-ın Bakıda yerləşən filiallarına təqdim olunmalıdır. Çeklərdə göstərilən qazanc ikinci dəfə,  Sizin kart hesabına köçürüləcək.

Qeyd olunan bu kampaniya isə 30 aprel 2014-cü il tarixinədək davam edəcək.

Layihədə iştirak etmək üçün isə plastik kart sahibi olmaq çox rahatdır.Debit plastik kartı əldə etmək üçün yalnız şəxsiyyəti təsdiq edən sənəd, kredit kartı  əldə etmək üçün isə, iş  yerindən arayış təqdim edərək kart sahibi ola bilərsiniz.

Kartın valyutasına gəldikdə isə bu artıq Sizin seçiminizdir. Çünki, Bank Sizə imkan yaradır ki, plastik kartınızı 3 valyutadan – AZN,USD,EUR birində aça bilərsiniz. Bank həmçinin eyni zamanda 2 və ya 3 valyutadan ibarət multivalyutalı kartları açmaq imkanı yaradır.

Multivalyutalının üstünlükləri isə pulların bir valyutadan digər valyutaya keçirilməsi hər zaman itkilərlə nəticələnir, xaricdə isə bu zərər bir neçə dəfə artır. Tez-tez səyahət edən adamların işini asanlaşdırmaq üçün, AccessBank multivalyutalı kartlar təklif edir. AccessBank-ın multivalyutalı kartlarının üstünlüyü bir kartda bir neçə növ valyutanın olmasıdır. Multivalyutalı kartların mövcudluğu Sizə müxtəlif növ valyutalar üçün bir neçə kart hesabını açmaq və ya səyahət etmək istədiyiniz ölkənin valyutasına uyğun yeni kart əldə etmək zərurətini aradan qaldırır.

Məhz bu layihə sayəsində isə bu proqrama qoşulan təşkilatların xidmətlərindən istifadə edərkən qazanc əldə edə biləcəksiniz.

Təşkilatların siyahısını Siz, www.accessqazanc.az saytından əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər