21 C
Baku
Thursday, April 25, 2024

Pulsuz online təhsil resursları hansılardır?

Kurs axtarmaqdan və seminarlara yorucu səfərlərdən bezmisiniz? Bununla belə, xaricdə təhsil almaq imkanlarınız olmadığı halda ingilis dilini öyrənmək istəyirsiniz? Qorxulu heç nə yoxdur, budur sizə 50-dən artıq sayt təqdim edirik. Bu saytların köməkliyi ilə maraqlandığınız sahə üzrə mühazirələri dinləyə və oxuya bilərsiniz.

1.UMass Boston Open Courseware

Bunun köməkliyi ilə psixologiya, biologiya, poliqologiya, tarix, riyaziyyat və ümumilikdə humanitar elmlər ilə bağlı tapşırıqlar və mündəricat siyahısına giriş əldə edə biləcəksiniz. Bu resursun yeganə mənfi cəhəti ondadır ki, video-kurslar və mühazirə çərçivəsində yekun təqdimat verilməmişdir.

2. Khan Academy

20-dən çox dildə olan nəhəng video-dərslər bazasıdır. Bütün kurslar ayrı-ayrı dərslərə bölünüb və seçdiyiniz kursdan asılı olmayaraq hər bir videoya baxmaq imkanı yaradır. Burada əsas diqqət videolara ayrıldığından oxu üçün material yoxdur.

3. MIT Open Courseware

Bu instituta daxil olmaq üçün dünyanın hər bir yerindən olan insanlar çox sayda pul və zəhmət sərf edirlər. Ümumilikdə isə burada pulsuz kurslar da var. Lazım olan materialın yüklənməsi qaydaları və kursun davamiyyəti də göstərilir. Bu resurs texniki və tətbiqi elmlər ilə maraqlananlar üçün əlverişlidir.

4. Free-Ed

Burada həmçinin kurslara və dərslərə bölünmə var. Üstəlik bu kursu öyrənən tələbələr üçün Facebook və digər saytlarda səhifələri və qrupları axtarmaq imkanı yaradılıb.

5. Learning Space: The Open University

Burada bütün materiallar yaş və tematik qruplara bölünüb. Arzu etdiyinizin mühazirə materialını bu resursdan öz kompüterinizə yükləyə bilərsiniz. Təklif edilən kurslar üzrə isə tematika isə olduqca genişdir.

6. Carnegie Mellon Open Learning Initiative

Bu resursdakı təhsil materiallarından istifadə etmək üçün saytda şəxsi hesab yaratmaq lazımdır. Gümanlara görə, istifadəçi materialları fərdi şəkildə öyrənir, təhsil haqqı ödənilmir. Lakin bununla belə bu resursda təlimat, müəllimlər və imtahanlar yoxdur.

7.  Tufts Open Courseware

Bu resursda isə qeydiyyatdan keçməyə ehtiyac yoxdur, mühazirə materialı isə slayd formasında təqdim edilib.

8.  Stanford iTunes U

Bu resurs isə geniş həcmdə video məzmun və Stenford universitenin mühazirələrini təqdim edir. Məlumatlardan yararlanmaq üçün iTunes servisində qeydiyyat və müvafiq əməliyyat sistemi tələb edilir.

Mühazirə mətnlərinin pulsuz yüklənməsi və özünütəhsil üçün aşağıdakı ödənişsiz kurslardan da yararlana bilərsiniz:

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

4 ŞƏRH

Comments are closed.