Sabah Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya lideri Vladimir Putin görüşəcək.
Kreml görüşün gündəliyi barədə açıqlama verib. Putinin mətbuast katibi Dmitri Peskov görüşdə 4 əsas məsələyə nəzər salıanacağını əlavə edib.
“Putinlə Ərdoğan sabah Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı situasiyanı müzakirə edəcək”.
Xatırladaq ki, görüş Rusiyanın Soçi şəhərində keçiriləcək.