1 C
Baku
Saturday, December 14, 2024

Putin 30 yüksək vəzifəli məmuru işdən çıxardı

Rusiya prezidenti Vladimir Putin hüquq-mühafizə orqanlarının 30 yüksək rütbəli rəhbərini vəzifələrindən azad edib. Bu haqda məlumatı “Kommersant” yayıb.

Rəsmi dairələr hələ ki, xəbəri təsdiq etməyib. Məlumata görə, Putin belə bir əmri sentyabrın 7-sində verib. Vəzifələrindən kənarlaşdırılanlar arasında MK sədrinin xüsusi tapşırıqlar üzrə baş köməkçisi, ədliyyə general-leytenantı İqor Komissarov, İstintaq İdarəsinin Krım üzrə rəhbəri, ədliyyə general-leytenantı Mixail Nazarov, Dağıstan Baş İstintaq İdarəsinin rəisi, ədliyyə general-leytenantı Sergey Dubrovin və onun birinci müavini Tuqay Tuqaev var.

Bununla da Putinin yeni təhlükəsizlik işçilərini təyin etdiyi bildirilir. Beləliklə, Denis Popov Moskva prokuroru vəzifəsinə təsdiq edilib, Pavel Karanda isə Krım Daxili İşlər Nazirliyinin rəhbəri olub.

Qaynarinfo

Son xəbərlər
Digər xəbərlər