Rusiya Prezidenti Vladimir Putin dünya liderlərinin 22-23 aprel tarixində baş tutacaq iqlim məsələri ilə bağlı sammitində videokonfrans vasitəsi ilə çıxış edəcək. Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Bir qədər bundan əvvəl Ağ Evin mətbuat xidməti ABŞ Prezidenti Co Baydenin 22-23 aprel tarixlərində virtual formatda təşkil olunacaq iqlim sammitinə Putin də daxil olmaqla 40 dünya liderini dəvət etdiyini bildirmişdi.
“Rusiya Prezidenti Vladimir Putin 22 aprel tarixində videokonfrans vasitəsi ilə dünya liderlərinin iqlim sammitində çıxış edəcək. Vladimir Putin qlobal iqlim dəyişikliyinin mənfi nəticələrinin aradan qaldırılmasına yönəlmiş geniş əməkdaşlıq kontekstində Rusiyanın problemə yanaşmasını açıqlayacaq”, – deyə məlumatda qeyd olunur.