Rusiya Prezidenti Vladimir Putin dünyada təhlükəsizliyə qarşı təhdidlər sırasında kütləvi qırğın silahlarının yayılması risklərini, narkotik maddələrin alqı-satqısı, kibercinayətkarlıq və terrorizmi sadalayıb.
Bu barədə TASS xəbər verir.
“Regional silahlı münaqişələr, kütləvi qırğın silahlarının yayılması riskləri, transsərhəd cinayətkar qruplaşmalarının fəallığı, narkotik maddələrin alqı-satqısı və kibercinayətkarlıq ciddi narahatlıq doğurur”, – Rusiya dövlətinin başçısı Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransı iştirakçılarına videomüraciətində bildirib.
“Beynəlxalq terrorizm də əvvəlki kimi xüsusi təhdid olaraq qalır”, – prezident əlavə edib.