9 C
Baku
Friday, December 13, 2024

Putin Fələstin-İsrail münaqişəsi ilə bağlı bəyanat verib

Rusiya prezidenti Vladimir Putin bu gün, dekabrın 14-də keçirilən canlı mətbuat konfransında Fələstin-İsrail münaqişəsi ilə bağlı fikirlərini səsləndirib. O, Ərdoğanın Qəzza zolağındakı tənzimləmədə aparıcı rolunu qeyd edib. Eyni zamanda, prezident Qəzza zolağında baş verənləri fəlakət adlandırıb.

Vladimir Putinin Fələstin-İsrail münaqişəsi haqqında digər bəyanatları:

  • Ukraynadakı münaqişə Qəzza zolağında baş verənlərə bənzəmir;
  • İsrail-Fələstin münaqişəsinin həlli üçün fundamental əsaslar yaratmaq, Fələstin dövlətinin yaradılması məsələsini həll etmək lazımdır;
  • Rusiya Federasiyası Qəzza zolağında xəstəxanasını açmağa hazırdır, İsrail hələlik bunu dəstəkləmir;
  • Rusiya Federasiyası Qəzza zolağına dərman tədarükünü artıracaq.

İsrail və Fələstin arasındakı münaqişədən başqa, Putin Ukrayna-Rusiya münasibətlərinə toxunub. “Sülh bütün məqsədlərimizə çatdıqda bərqərar olacaq”, – Putin deyib. O xatırladıb ki, xüsusi əməliyyatın məqsədləri dəyişmir: denasifikasiya, demilitarizasiya və Ukraynanın neytral statusu.

Son xəbərlər
Digər xəbərlər