Rusiya Prezidenti Vladimir Putin gələn həftə Müdafiə Nazirliyi kollegiyasının genişləndirilmiş iclasında iştirak edəcək.
Bu barədə Rossiya kanalının prezident “pul”unda olan jurnalisti, Moskva.Kreml.Putin verilişinin aparıcısı Pavel Zarubin Telegram kanalında bildirib.
Bundan başqa, Rusiya prezidentinin iş qrafikində Minskə səfər, dövlət mükafatlarının təqdimatı və müasir şəraitdə gənclər siyasətinin həyata keçirilməsinə dair Dövlət Şurasının iclası nəzərdə tutulub.