15 C
Baku
Friday, May 3, 2024

Putin İsrailli həmkarı ilə danışıb

Avqustun 9-da İsrail Prezidenti İsaak Hersoqla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Məlumatı “The Jerusalem Post” yayıb.

Prezidentlər ikitərəfli münasibətlərə dair məsələləri, İsraildən kənardakı yəhudi diasporunun fəaliyyətini və Rusiyadakı “Soxnut” Yəhudi Mərkəzi ilə bağlı problemləri müzakirə ediblər.

Qeyd edək ki, Rusiyanın Moskva şəhərinin Basmann Rayon Məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin vəsatəti əsasında ölkə qanunlarına zidd fəaliyyətinə görə “Soxnut” təşkilatının fəaliyyətini dayandırıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər