17 C
Baku
Wednesday, May 1, 2024

Putin Kadırovla görüşüb

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Çeçenistanın iqtisadi vəziyyəti müzakirə edilib və Putin respublikada ümumi vəziyyəti müsbət qiymətləndirib.

Kadırov da öz növbəsində Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən çeçen hərbi birləşmələri barədə Putini məlumatlandırıb və bildirib ki, Çeçenistanda beş alay və üç batalyon yaradılıb, onların hamısı Şimal Hərbi Dairəsi zonasında yerləşdirilib.

Mənbəapa
Son xəbərlər
 ⁠
Digər xəbərlər