Öz mövqeyini əvvəlcədən söyləmək həmişə faydalı deyil, amma nəticə əldə etmək üçün danışıqlar masasına oturmaq lazımdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan ölkələrinin liderləri ilə üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.
“Danışıqlarda təkliflər verməyə başlamaq üçün onların baş tutması lazımdır. Milli məqsədlərinizə çatmaq üçün bəzən bunu son dəfə edirsən. Hər iki tərəfi qane edəcək ortaq məxrəcə doğru irəliləmək üçün diplomatların “sorğu” adlandırdığı tələblər irəli sürməlisən”,- deyə Putin Kiyevlə danışıqların mümkünlüyündən danışarkən bildirib.