Rusiya Prezidenti Vladimir Putin noyabrın 23-də İrəvanda keçiriləcək KTMT sessiyasında iştirakı çərçivəsində əməkdaşlığın əsas istiqamətlərini, aktual beynəlxalq və regional problemləri müzakirə edəcək.
Bu barədə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
“Noyabrın 23-də Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında iştirak etmək üçün İrəvana səfər edəcək. Səfər zamanı təşkilat çərçivəsində əməkdaşlığın əsas istiqamətləri, aktual beynəlxalq və regional problemlər nəzərdən keçiriləcək”, deyə Kremlin məlumatında qeyd olunub
Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşəcəyi də bildirilib.