22 C
Baku
Friday, April 19, 2024

Putin MDB ölkələri arasında fikir ayrılıqları olduğunu etiraf edib

MDB ölkələri hətta aralarında yaranan fikir ayrılıqlarına baxmayaraq əməkdaşlığı davam etdirirlər. Bu barədə RF prezidenti Vladimir Putin bəyan edib.

“Etiraf etmək lazımdır ki, təəssüf ki, birliyin iştirakçıları olan dövlətlər arasında da fikir ayrılıqları yaranır. Əsas odur ki, biz əməkdaşlıq etməyə hazırıq və edəcəyik, hətta hər hansı problemli məsələlər yarandığı halda, onları bir-birimizə yoldaşlıq və vasitəçilik yardımı ilə birgə özümüz həll etməyə çalışırıq”, – deyə o MDB dövlət başçılarının qeyri-rəsmi iclasında çıxışı zamanı bildirib.

Həmçinin, Putin qeyd edib ki, cari ilin yekunları üzrə Rusiyanın MDB ölkələri ilə ticarət dövriyyəsi $100 milyarda çata bilər.

O, MDB dövlət başçılarına Sankt-Peterburqda qeyri-rəsmi görüşə gəldiklərinə görə təşəkkür edib. “Bu ümumi istək idi, biz dəfələrlə buna müraciət etmişik. Amma yenə də formal olaraq, bu, Rusiyanın təşəbbüsüdür və mən onu dəstəklədiyinizə görə sizə minnətdaram”, – RF prezidenti bildirib.

Putin əlavə edib ki, bu cür görüşlər Birlik dövlət başçılarının qeyri-rəsmi şəraitində «bir qayda olaraq, çox məhsuldar keçir».

Son xəbərlər
Digər xəbərlər