Rusiya Prezidenti Vladimir Putin Ermənistan ərazisində Azərbaycan hərbçiləri tərəfindən vurulan Mi-24 helikopterinin heyət üzvlərinin adlarını açıqlayıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Bilirsiniz ki, dünən baş vermiş faciəvi insident nəticəsində iki yoldaşımız – Ermənistandakı Rusiya hərbi bazasında xidmət aparan pilotlarımız həlak olub. Bunlar mayor Yuri İşuk və baş leytenant Roman Fedindir”, – deyə V.Putin bildirib.
Putin həmçinin hadisə nəticəsində yaralanan pilot-operatorunda tezliklə sağalmasını arzu edib.