16 C
Baku
Friday, April 19, 2024

Putin neftin qiymətinin 50$ olmasını ədalətli adlandırıb

Neftin bir barelinin qiymətinin 50 dollar olması ədalətlidir və Rusiyanı qane edir. Bunu Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubunun toplantısında çıxışı zamanı bildirib.

“Biz enerjidaşıyıcı bazarlarında mövqeyimizi OPEK ölkələri ilə, xüsusən də Səudiyyə Ərəbistanı ilə əlaqələndirmişik və qiymət 50 dollardan yuxarı olmaqla, stabil saxlanılır . Biz hesab edirik ki, bu ədalətli qiymətdir, bu bizi tamamilə qane edir”, – deyə V.Putin qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər