Putin nüvə sazişi ləğv edən qanunu imzaladı

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dayandıran qanunu imzalayıb.

Sənəd rəsmi dərc edildiyi gündən qüvvəyə minib.

Bildirilir ki, Rusiyanın START-da iştirakının bərpası barədə qərarı Rusiya prezidenti verəcək.

Qeyd edək ki, fevralın 21-də Vladimir Putin Rusiyanın START müqaviləsində iştirakını dayandırdığını elan edib. Fevralın 22-də qərar Dövlət Duması və Federasiya Şurası tərəfindən təsdiqlənib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər