Rusiya prezidenti Vladimir Putin ona daha iki dəfə prezidentliyə namizəd olmaq hüququnu verən qanun imzalayıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Müvafiq fərman normativ hüquqi aktların layihəsi portalında dərc edilib. Bildirildiyi kimi, qanun layihəsi Rusiya Federasiyasının Konstitusiyasına edilən dəyişikliklər çərçivəsində hazırlanıb.
Beləliklə, Konstitusiyaya edilən düzəlişlər qüvvəyə minməzdən əvvəl Rusiya prezidenti vəzifəsini icra edənlərə iki dəfədən artıq prezident olmağa icazə veriləcək.