Rusiya lideri Vladimir Putin G7 sammitində Qərb liderlərinin onu məsxərəyə qoyan sözlərinə cavab verib. Böyük Britaniyanın baş naziri Boris Conson Almaniyada keçirilən G7 Sammitində masa arxasında əyləşərkən digər liderlərə üz tutaraq “pencəkli və ya pencəksiz” sualını verib, daha sonra “Putindən daha maço olduğumuzu göstərməliyik” deyə zarafat edib. Kanadanın baş naziri Castin Trüdo isə Vladimir Putinin Sibir tətillərində yarıçılpaq at sürərkən və balıq tutarkən çəkdirdiyi fotolara istinad edərək, “Gəlin, sinəmiz çılpaq at minməyə gedək” demişdi.
Banker.az xəbər verir ki, dünən Türkmənistanda keçirilən “Xəzər beşliyi” sammitinin yekununda çıxış edən Putin özünəməxsus üslubu ilə onların sözlərinə diqqət çəkib: “Bilmirəm, orada (G7 Sammitində) onlar belə qədər yoxsa daha çox soyunmağı planlayıblar, ancaq onlar soyunub şəkil üçün poza versələr ortaya qorxunc mənzərə çıxar. İmkan verməyin soyunsunlar”.