24 C
Baku
Thursday, April 18, 2024

G7 liderləri Putinin at belindəki şəkillərini məsxərəyə qoydular

Bazar günü Bavariyada 3 günlük G7 zirvəsinin ilk iclasına toplaşan G7 liderlərinin görüşündə Böyük Britaniyanın Baş naziri Boris Conson pencəklərini çıxarıb çıxarmayacaqlarını, ardınca isə daha da çox soyunub soyunmayacaqlarını soruşub. Conson həmkarlını güldürmək üçün “Hamımız Putindən daha sərt olduğumuzu göstərməliyik” deyib.

Banker.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadanın Baş naziri Castin Trüdo Consona cavab olaraq “yarıçılpaq ata minməyi” təklif edib. Avropa Komissiyasının sədri Ursula von der Leyen “Bəli. Ən yaxşısı ata minməkdir” deyə cavab verib.

Mövzu ilə bağlı Rusiyadan heç bir açıqlama verilməyib.

Qeyd edək ki, G7 liderlərinin istinad etdiyi və məsxərəyə qoyduğu hadisə Putinin ötən illərdə ata mindiyi şəkillər idi. Rusiya dövlət mediasının paylaşdığı kadrlarda Putin tez-tez üstü açıq, qızıl zəncirli at və hərbi şalvarla görüntülənib.

putin

 

Son xəbərlər
Digər xəbərlər