7 C
Baku
Thursday, December 12, 2024

Putin: Rubl dünyanın ən güclü valyutalarından birinə çevrilib

Rubl 2022-ci ildə dünyanın ən güclü valyutalarından birinə çevrilib. Bu, digər məsələlərlə yanaşı, qaza görə ödənişlərin rubla köçürülməsi ilə bağlıdır.

Bunu Rusiya Prezidenti Vladimir Putin Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında deyib.

“Rusiya rublu ilin əvvəlindən dünyanın ən güclü valyutalarından birinə çevrilib. Bu nəticəyə bizim kapital axınının tənzimlənməsi, qaz ödənişlərinin rubla köçürülməsi, tərəfdaşlarla ticarətdə milli valyutaların aktiv istifadəsi ilə bağlı qərarlarımız sayəsində əldə olunub. Amma hər şeydən əvvəl, əlbəttə ki, məsuliyyətli maliyyə siyasəti hesabına əldə olunub”, – Putin bildirib.

Son xəbərlər
Digər xəbərlər