1 C
Baku
Saturday, December 14, 2024

Putin Rusiyanın “Şimal axını” ilə bağlı araşdırmada iştirakına icazə verilmədiyini bildirib

“Rusiyanın “Şimal axını” qaz kəmərlərində baş verən partlayışla bağlı araşdırmada iştirakına icazə verilmir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi iclasda deyib.

Xatırladaq ki, sentyabrın 26-sı “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində 3 yerdə sızma halı qeydə alınıb. Sentyabrın 29-u isə İsveçin Sahil Mühafizə Xidməti qaz kəmərlərində dördüncü sızma halını aşkarlayıb. Sızmaların 2-si İsveçin, digər 2-si isə Danimarkanın iqtisadi zonasında yerləşdiyi bildirilir. Hər iki ölkə sızmaların təsadüfi deyil, məqsədyönlü hərəkətin nəticəsi olduğuna dair əlamətlər olduğunu bildirib. Avropa İttifaqı, həmçinin bəyan edib ki, boru kəmərlərində qaz sızması təsadüfi deyil, qəsdən törədilmiş hərəkətlərin nəticəsidir.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər