16 C
Baku
Friday, May 3, 2024

Putin Şimali Koreyaya səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyaya gedəcək.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putinin Koreya Xalq Demokratik Respublikasına səfəri yaxın gələcəkdə baş tuta bilər.

Kremlin sözçüsü səfərinin vaxtının diplomatik kanallar vasitəsilə əlavə olaraq razılaşdırılacağını söyləyib.

Peskov bildirib ki, Rusiya Federasiyası Şimali Koreya ilə bütün sahələrdə tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir

O, Kremlin yanvarın 16-da Moskvada keçiriləcək Rusiya və KXDR XİN başçıları arasında danışıqların zəngin, məzmunlu və səmərəli olacağını gözlədiyini əlavə edib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər