14 C
Baku
Thursday, November 27, 2025

Putin: Ukrayna üzrə plan “diplomatik dilə” tərcümə olunmalıdır, bəzi məqamlar gülünc səslənir

Ukrayna ilə bağlı sülh müqaviləsi layihəsi olmayıb, yalnız müzakirə üçün bir sıra məsələlər toplusu olub.

Bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Putin Cenevrə danışıqlarından sonra sülh planının 28 bəndinin dörd hissəyə bölünməsinə qərar verildiyini açıqlayıb.

Putin Rusiyanın ABŞ-ın Ukrayna ilə bağlı müddəalar siyahısının gələcək razılaşmaların əsasını təşkil edə biləcəyi ilə razılaşdığını qeyd edib.

O əlavə edib ki, Ukrayna ilə bağlı plan layihəsinin “diplomatik dilə” tərcümə olunması lazımdır, çünki hazırda bəzi məqamlar gülünc səslənir.

Son xəbərlər
Digər xəbərlər