Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edildiyi kimi, dövlət başçıları Liviya, Suriya və koronavirus peyvəndi məsələlərini müzakirə ediblər. Putin “Rusiyada koronavirus peyvəndinin qeydiyyata alınması ilə əlaqədar olaraq”, pandemiyaya qarşı mübarizə üçün ölkələr arasında əməkdaşlığı genişləndirmək istədiyini bildirib.
“Livan böhranı” mövzusunda prezidentlər Berlin konfransı qərarlarına uyğun olaraq, atəşkəs rejiminin təmin edilməsi və danişıqlar istiqamətində real addımların atılmasının vacibliyini vurğulayıblar. Suriyadakı vəziyyətlə əlaqədar dövlət başçıları “terrorizmlə mübarizədə birgə səylərin gücləndirilməsini” müzakirə ediblər.
“Mütəmadi uçuşların bərpa olunmasını nəzərə aralaq, təhükəsizliyi təmin etmək məqsədi ilə koronavirusa qarşı mübarizədə müvafiq idarələr arasında əməkdaşlığın genişləndirilməsi zərurəti yaranıb”, – Vladimir Putin qeyd edir.
Xatırladaq ki, Türkiyə və Rusiya arasında uçuşlar avqustun 1-dən bərpa edilib.