Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden arasında yeni təmasların olmasını istisna etmək olmaz, lakin bu məsələdə hələlik anlaşma yoxdur.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. O deyib ki, ABŞ-la şəxsi danışıqlar Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı cavab aldıqdan sonra müzakirə olunacaq.
Peskov şəxsi danışıqların davam etdirilməsi məsələsinin yazılı cavab alındıqdan sonra həll olunacağını qeyd edib. O, Rusiya Federasiyası və ABŞ prezidentləri arasında təmasların ola biləcəyini istisna etməyib.
Daha əvvəl Peskov bildirib ki, Kreml bu həftə ABŞ və NATO-dan təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə yazılı cavab gözləyir.