9 C
Baku
Friday, December 13, 2024

Putin və Cinpin arasında videoformatda görüş olub

Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında videoformatda görüş olub.

“Report” TASS-a istinadən xəbər verir ki, Putin iki ölkə arasında ticarət dövriyyəsinin 2022-ci ildə 25 faiz artdığını, tezliklə 200 milyard dollara çatacağını bildirib.

O, Rusiya və Çinin əlaqələrinin ədalətli dünya nizamının yaradılmasına xidmət etdiyini də vurğulayıb.

Putin deyib ki, hərbi-texniki sahədə iki ölkənin əməkdaşlığı davam edir.

Məlumata görə, Si Cinpinin 2023-cü ilin yazında Rusiyaya dövlət səfəri edəcəyi planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər