Putin və Ərdoğan telefon danışığı aparıb

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı aparıb.

Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı liderlər Yaxın Şərqdə davam edən gərginliyi müzakirə ediblər.

“Fars körfəzi zonasında davam edən hərbi-siyasi qarşıdurmanın artması ilə əlaqədar dərin fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, intensiv döyüş əməliyyatları təkcə regional deyil, həm də qlobal miqyasda, o cümlədən energetika, ticarət və logistika sahələrində ciddi mənfi nəticələrə gətirib çıxarır”, – Kremldə bildiriblər.

Qeyd olunub ki, hər iki dövlət başçısı tez bir zamanda atəşkəsin elan edilməsi və regionun bütün dövlətlərinin qanuni maraqlarını nəzərə alacaq güzəştli sülh razılaşmalarının hazırlanmasının zəruriliyi ilə bağlı eyni mövqedən çıxış edir.

Kremldə bildiriblər ki, Putin Rusiya-Ukrayna münaqişəsi çərçivəsində danışıqlar prosesinə töhfə verməyə daim hazır olduğuna görə Ərdoğana minnətdarlığını ifadə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər