-3 C
Baku
Sunday, December 15, 2024

Putin “Vaqner” özəl hərbi şirkətinin mövcud olmadığını bəyan edib

“Vaqner” özəl hərbi şirkəti mövcud deyil.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin açıqlama verib.

Onun sözlərinə görə, özəl hərbi şirkətlərin leqallaşdırılması məsələsi asan deyil:

“Bunu hökumət və Dövlət Duması müzakirə etməlidir, lakin hələlik hüquqi cəhətdən belə şirkətlər, o cümlədən” Vaqner” mövcud deyil”

“Kommersant”ın müxbiri Andrey Kolesnikov nəşrin saytındakı məqaəsində Vladimir Putindən sitat gətirib.

Jurnalistin “bu şirkət döyüş bölməsi kimi saxlanılacaqmı?” sualına Putin belə cavab verib:

“Rusiyada özəl hərbi təşkilatlar haqqında qanun yoxdur. Bu isə belə bir hüquqi şəxs yoxdur deməkdir. Qrup (“Vaqner”) var, lakin hüquqi cəhətdən mövcud deyil.

Bu, real qanuniləşdirmə ilə bağlı ayrıca məsələdir. Bununla bağlı Dövlət Duması və hökumət müzakirə aparmalıdır. Bu, asan məsələ deyil”,deyə Kommrsant Rusiya dövlət başçısından sitatlar gətirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər