24 C
Baku
Sunday, July 21, 2024

Putinin məşhur masasının qiyməti bəlli olub

Rusiya Vladimir Putinin dünya liderlərini qəbul edərkən istifadə etdiyi böyük masanın COVID-19 tədbirləri çərçivəsində sosial məsafəni qorumaq üçün istifadə edildiyini iddia etmişdi.

Bununla belə, İtaliyanın “Corriere” qəzetinə danışan sahibkar Renato Pologna, masanın 25 il əvvəl hazırlandığını və COVID-19 ilə heç bir əlaqəsinin olmadığını deyib. Bu masanın Qərb liderlərinə gözdağı vermək üçün istifadə edildiyi iddia edilir, çünki Putin özünə yaxın olan siyasətçilərlə görüşdə bu masada əyləşmir.

Qərb ölkələrinin sanksiyalarından sonra bir müddətdir ortalıqda görünməyən məşhur masa BMT baş katibi Quterresin səfəri ilə yenidən gündəmə gəlib.

Banker.az xəbər verir ki, İngiltərə mətbuatı səfəri paylaşarkən məşhur masanın qiymətini də açıqlayıb. Putinin dünya liderlərini qonaq etdiyi 6 metr uzunluğundakı masanın palıd ağacından hazırlandığı və unikal olduğu bildirilib. Masanın qiymətinin bugünkü dəyəri ilə 106 min dollar olduğu bildirilib.

Son xəbərlər
Digər xəbərlər