Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə görüşəcək.
Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov “Rossiya-24” kanalına açıqlamasında bildirib ki, liderlər görüş zamanı Ukrayna, Qara dəniz regionu və Suriyadakı vəziyyət də daxil olmaqla, geniş mövzuları müzakirə edə bilər.
Yerxov əlavə edib ki, görüşün mövzularını prezidentlər özləri müəyyən edəcək.