Beynəlxalq konsaltinq və audit şirkəti “PwC” ənənəvi olaraq hər il hazırladığı “Qlobal CEO” anketinin nəticələrini İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda açıqlayıb.
Anketi dünyanın 83 ölkəsindən 600 şirkətin rəhbəri doldurub.
Onların 53%-i bu il iqtisadi inkişafın zəifləyəcəyini proqnozlaşdırır. Bu, hesabatın hazırlanmasına başlanıldığı 2012-ci ildən bəri ən yüksək göstəricidir.
Xatırladaq ki, 2019-cu ildə sorğuda iştirak etmiş CEO-ların 29%-i iqtisadi artım tempinin azalacağını gözləyirdilər.
©Report