14 C
Baku
Saturday, April 27, 2024

I Pyotr haqqında gülməli tarixçə

Bəzən elə olurdu ki, Birinci Pyotr sadə geyimdə tanınmaz halda şəhəri gəzintiyə çıxırdı və sadə insanlarla söhbət edirdi. Günlərin bir günü I Pyotr meyxanada oturub əsgərlərlə pivə içirdi. Əsgərin biri içki almaq üçün öz qılıncını girov qoyur. I Pyotr çox təəccüblənir. Əsgər isə cavab verir ki, hələlik qınına qılınc əvəzinə taxta qoyacaq, əmək haqqını alıqdan sonra isə yenidən qılıncını geri alacaq. 

Səhər I Pyotrun özü alaya gedir və baxış aparır. I Pyotr əsgər sıralarını gəzir və həmin əsgəri tanıyır, onun qarşısında dayanır və deyir: «Mənim başımı qılıncınla vur!». Əsgər quruyub qalır və çarı vurmayacağını deyir.

Çar səsini yüksəldərək deyir: «Başımı vur dedim! Yoxsa səni elə bu an əmrimə itaət  etmədiyin üçün dar ağacından asacaqlar!»

Əsgər əmrə itaət etməli olur. O, taxta qılıncını götürür və ucadan deyir: «Tanrım! Mənim qılıncımı taxta et!» və çara vurur. Zərbədən taxta qılıncın qırıntıları ətrafa uçur.

Bütün alay heyrətlənir və deyir: “Tanrı bizə bir möcüzə bağışladı!”. Çar bığlarını burur və yavaşdan deyir: “Hazırcavabsan!” və ucadan alayın komandirinə deyir: “Əsgərin qını təmiz olmadığı üçün 5 sutka cəza! Daha sonra isə o, şturman məktəbinə göndərilsin!”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər