Qərar verildi: Azərbaycan Rusiya üzərindən neft nəqlini bərpa edir

0

Azərbaycan Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlini iyulun 1-i bərpa edəcək.  “RİA Novosti”-yə istinadən, bunu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bildirib.

“Neftin nəqli iyulun 1-i bərpa olunacaq” – deyə Nəsirov jurnalistlərə bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Qeyd edək ki, SOCAR bu ilin martın birində kəmərdə planlaşdırılmış təmir və nəzarət işlərinin aparılması ilə əlaqədar Bakı-Novorossiysk xətti üzrə neftin nəqlini dayandırmışdı.

Xatırladaq ki, Bakı-Novorossiysk boru kəmərinin uzunluğu 1,147 kilometrdir: Azərbaycan hissəsinin uzunluğu 231 kilometr, Rusiya hissəsinin uzunluğu isə 916 kilometrdir.

Sputnik.az