AFB Bank “Qəbələ” filialında baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə: “Qəbələ” filialında baş mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Qəbələ şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznesin idarə edilməsi, riyaziyyat, statistika və digər dəqiq və texniki sahələr);
- Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar barədə biliklər;
- Maliyyə hesabatlarının tərtib olunması və analizi üzrə dərin biliklər;
- Müxtəlif biznes sahələrinin təhlili və bazarın vəziyyəti haqqında biliklər;
- Analitik düşüncə qabiliyyəti və detallara qarşı diqqətli olabilmə.
İŞİN TƏSVİRİ:
- Yeni müştərilərin cəlb edilməsi və kreditləşməsi
- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını təmin etmək;
- Mikro, SME, Korporativ və Biznes kreditlərinin təhlili, kreditlərin anderraytinqi
- İri kreditlərin kreditlərin qiymətləndirilməsi və monitorinqində iştirak etmək;
- Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar üzrə kreditləri komitəyə çıxarmaq
- Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi.
- Bankın digər əməliyyatlarında yaxından iştirak etmək və rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Qəbələ filialında baş mütəxəssis ” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.