7 C
Baku
Thursday, December 12, 2024

Qəbələdə çörək müəssisəsinin fəaliyyəti dayandırılıb

Qəbələnin Bum qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Qaragözov Nofəl Nurqələm oğluna məxsus çörək istehsalı müəssisəsində aparılmış yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, eləcə də sanitariya-gigiyena norma və qaydalarının kobud şəkildə pozulduğu aşkar edilib.

Banker.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, istehsal olunan çörək məhsulunun qida təhlükəsizliyi tələblərinə uyğun qablaşdırılmadığı və etiketləşdirilmədiyi, etiketləşdirilmədə məhsulun adı, növü, tərkibi, miqdarı (çəkisi), qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şərti, istehsalçı adı və ünvanla bağlı məlumatların əks olunmadığı, həmçinin işçi heyətin tibbi müayinədən keçmədiyi müəyyən olunub.

AQTA-nın məlumatına əsasən, aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

Son xəbərlər
Digər xəbərlər