İntensiv tipli yeni tut bağlarının salınması məqsədilə dekabrın əvvəlində Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 10 mini bölgü əsasında Qəbələ rayonuna göndərilib. Tinglər əsasən, Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Qəbələ Dayaq Məntəqəsinin ərazisində əkilir. İnidyədək mindən çox tingin əkini təmin olunub və bu iş davam etdirilir.
Bu barədə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.
Qurum rəsmisinin bildirdiyinə görə, bundan əlavə, rayonun kəndlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılmış 1000 ədəd yerli tut tingi də əkiləcək.
Ümumiyyətlə, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə son 3 ildə Qəbələ rayonunda 110 min ədəd Çindən gətirilən calaq olunmuş tut tingləri əkilib.
©Azərtac