-1 C
Baku
Sunday, December 15, 2024

Qəbələdəki otellərdə 1 nəfərlik gecələmənin orta qiyməti neçəyədir? – RƏSMİ

Bu ilin yanvar-fevral aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 10 min 59 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 5 min 928 nəfəri və ya 58.9 faizi Azərbaycan, 4 min 131 min nəfəri və ya 41.1 faizi xarici ölkə vətəndaşı olub.

Banker.az bu barədə Qəbələ Rayon Statistika İdarəsinə istinadən xəbər verir ki, yanvar-fevral aylarında Qəbələnin otel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 659 nəfər və ya 6.1 faiz azalıb. İki ayda yerli turistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 1482 nəfər və ya 20 faiz azalsa da, əcnəbi turistlərin sayında 823 nəfər və ya 24.9 faiz artım qeydə alınıb.

Yanvar-Fevral aylarında Qəbələ rayonu ərazisində yerləşən 18 mehmanxana və mehmanxana tipli müəssisədən 15-i fəaliyyət göstərib. Bir gün qalmaq üçün orta qiymət 85.3 manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər