24 C
Baku
Thursday, April 18, 2024

Qəhvə nədir? İçki olmadığı vaxtlarında qəhvə nə olub? Qəhvə haqqında 13 maraqlı fakt

əhvə Dünyada heç zaman bu qədər populyar olmayıb. 1991-ci ildə qəhvənin dünyada istehlakı 90 milyon 60 kiloluq torba həcmində olmuşdursa, Beynəlxalq Qəhvə Təşkilatına (ICO) görə, bu il istehlak edilən belə torbaların sayı 160 milyonu keçəcək.

Ola bilsin ki, qəhvə barədə bimədiyiniz 13 faktı nəzərdən keçirək.

1. Qəhvə – meyvə toxumudur

Coffee drying
Fotonun müəllifi: GETTY IMAGES İşdiyimiz qəhvə əslində qəhvə meyvəsinin qızardılmış toxumlarından hazırlanır.

Döyülməmiş qəhvə dənələri əslində qəhvə meyvəsinin toxumlarıdır. Qəhvə meyvəsində adətən bir üzü yastı olan iki toxum olur.

ABŞ Beynəlxalq Qəhvə Assosiasiyasına (NCA) görə, dünya üzrə qəhvə meyvələrinin yalnız 5 faizində toxum tək və lobya dənəsinə bənzər olur.

İspaniyada belə qəhvə dənələrinə “balaca ilbiz” deyilir.

Bu növ qəhvə dənələrinin emalını maşın yox, insanlar həyata keçirir. Bu növ qəhvənin incə dadı və güclü ətiri olur.

2. Bəzi insanlar qəhvəni yeyir

İnsanlar qəhvəni adətən içir, lakin bəziləri onu həm də yeyirlər.

Espresso machine making fresh cup of coffee
Fotonun müəllifi: GETTY IMAGES Qəhvə yalnız içki kimi içilmir, üyüdülmüş qəhvə şokolad batonlarına da əlavə edilir.

Bəzi şirkətlər qəhvə meyvələrinin qalıqlarından üyüdüb şirniyyat məhsullarına, şokolada, çörəyə, souslara qatır.

Növündən asılı olaraq, qəhvə dadı verməyən həmin əlavələrin gülə, sitrus meyvəsinə və ya digər meyvəyə bənzər qoxusu ola bilər.

3. Nəcisdən çıxan qəhvənin qiyməti çox baha ola bilər

Palma pişiyi yoxsa fil? Ən bahalı qəhvə bu heyvanlardan birinin bağırsaqlarından çıxmış qəhvə dənələrindən hazırlanır.

A luwak kept in a cage snacks on coffee berries in Indonesia
Fotonun müəllifi: GETTY IMAGES n”Kopi luvak” qəhvə növü dünyada ən bahalı qəhvələrdən sayılır.

“Kopi luvak” İndoneziyada palma pişiyinin nəcisindən çıxan qəhvə dənələrindən hazırlanın qəhvədir. Qəhvə meyvələri bu heyvanın bağırsağında fermentasiya olunduqdan sonra yığılıb satılır.

Bahalı dükanlarda bu cür dənələrin 500 qramlıq kisəsinin qiyməti $700-ə çata bilər.

Tailandda isə Qara Fil Dişi qəhvəsi istehsal olunur. Bu qəhvə fillərin bağırsağıdan çıxan qəhvə dənələrindən hazırlanır.

Qara Fil Dişi qəhvəsinin reseptinin müəllifi kanadalı Blake Dinkin-dir. Bu qəhvənin ABŞ-da 35 qramlıq kisəsi təxminən $85-ə satılır.

4. Qəhvə faydalıdır

Qəhvə antioksidantlarla zəngindir.

A café in Instanbul
Fotonun müəllifi: AFP

Bu ilin əvvəlində aparılmış elmi tədqiqatın nəticələrinə əsasən, gündə 3 fincan qəhvə insanın ürək xəstəliyi və digər ağır xəstəliklərdən ölmək riskini azalda bilər.

Bu araşdırma çərçivəsində Avropanın 10 ölkəsində yaşı 16-dan yuxarı olan 500,000 adam müşahidə olunub.

Digər tədqiqat işlərində qəhvənin 2-ci tipli diabet və Alzheimer sindromu kimi xəstəliklərin riskinin azadılmasında rolu öyrənilib, lakin bu sahədə əlavə tədqiqatların keçirilməsinə ehtiyac var.

Qəhvədəki kofein insana əlavə enerji verir, idmançıların atletik imkanlarını artır.

5. …lakin həddi olmalıdır

A cafe in downtown Rome
Fotonun müəllifi: REUTERS Qəhvə stimullaşdırıcı təsirə malikdir və həddindən çox miqdarlarda içilməsi məsləhət deyil.

Qəhvənin stimullaşdırıcı xüsusiyyətləri onun həddən çox qəbul edilməsini riskli edir.

Hamilə qadınlar qəbul etdikləri kofeinin miqdarını azaltsalar yaxşıdır, çünki kofein doğulan uşağın çəkisinin normadan az olmasına və ya uşaqsalmaya gətirib çıxara bilər.

Britaniya həkimləri hamilə qadınlara gündə qəbul etdikləri kofeinin miqdarının 200 milliqramdan çox olmamasını məsləhət görürlər.

6. Kofe dənələri iki növdə olur

Coffee plantation in blossom in Vietnam
Fotonun müəllifi: GETTY IMAGES Qəhvənin Arabica növünün kökü Efiopiayda aşkar edilib.

Arabica növünün kökü Efiopiayda aşkar edilmiş qəhvə kollarına gedib çıxır. Həmin kollardan əldə edilən dadlı və ətirli qəhvə daha bahalıdır və dünya qəhvə istehsalının 70 faizini təşkil edir.

Robusta növündə isə kofeinin miqdarı təxminən ikiqat çox olduğundan bu qəhvənin dadında yüngülcə acılıq hiss olunur. Bu növ qəhvədən, həll olunan qəhvə tozunda və qarışıqlarda istifadə olunur. Bu cür qəhvə Mərkəzi və Qərbi Afrikada, İndoneziya və Vyetnam da daxil, Cənub-Şərqi Asiyada və Braziliyada yetişdirilir.

7. Efiopiyada qəhvəni keçilər aşkar edib

Əfsanəyə görə, keçi sürüsünü otaran çoban fikir verir ki, qəribə görünüşlü ağacın meyvələrini yeyən keçilər bütün gecəni ayıq qalır və gücdən də heç düşmür.

A woman in Ethiopia shows a basket of freshly picked coffee cherries
Fotonun müəllifi: GETTY IMAGES Efiopiya qəhvə içkisinin yarandığı ilk məkan sayılır.

O, bu əhvalatı rahiblərə danışır, onlar isə başa düşürlər ki, həmin meyvələri dəmləyib içmək və beləcə uzun müddət gümrah qalıb dua etmək olar.

8. Qəhvə əslində şərab deməkdir

Qəhvə 15-ci əsrdə Yəməndə becərilib. Qəhvə sözü isə Yəməndə şərab deməkdir.

Bir əsrdən sonra isə qəhvə İran, Misir, Suriya və Türkiyədə də becərilməyə başlanıb.

9. İlk qəhvəxanalar Yaxın Şərqdə açılıb

The process of making Turkish coffee
Fotonun müəllifi: GETTY IMAGES Yaxın Şərqdə qəhvə populyar içkidir.

Qəhvə yalnız evdə içilməyib, ictimai yerlərdə də qəhvə içilib – ilk qəhvəxanalar Yaxın Şərqdə yaranıb.

Qəhvəxanalar camaat arasında çox populyar olub – burada son şayiələri eşitmək, şaxmat oynamaq və musiqi dinləmək olardı.

10. Bütün dünyada qəhvə “Qəhvə Zolağı” zonasında becərilir

Qəhvə 50-dən çox ölkədə yetişdirilir. Həmin ölkələrin hamısı Qəhvə Zolağı adlandırılan zonada yerləşir. Həmin zona tropiklərdə yerləşərək Meksikadan Papua Yeni Qvineyayadək uzanır.

Dünyanın ən iri qəhvə istehsalçıları:

DÜNYADA ƏN İRİ QƏHVƏ İSTEHSALÇILARI – 2018
Ölkə İstehsal(milyon kisə) (qlobal istehsalın faizi)
Braziliya 58 36%
Vyetnam 30 18%
Kolumbiya 14 9%
İndoneziya 12 8%
Honduras 8.3 5%
Efiopiya 7.7 5%

Braziliya, Vyetnam və Kolumbiya ən iri qəhvə istehsalçılarıdır.

11. … adambaşına ən çox qəhvə isə Skandinaviyada içilir

A woman drinking coffee from a paper cup and looking at a computer screen
Fotonun müəllifiGETTY IMAGES Adambaşına ən şox qəhvə Skandinaviya ölkələrində içilir.

ICO-ya görə, adambaşına ən çox qəhvə Finlandiyada içilir. Burada ildə adambaşına 12kq qəhvə içirlər. Finladiyanın ardınca Norveç (9.9kq), İslandiya ( 9kq), Danimarka (8.7kq) və İsveç (8.2kq) gəlir. İtaliyada isə adambaşına ildə 5.9kq qəhvə içilir.

12. Qəhvə çox işilir, yoxsa çay?

Britaniya Qəhvə Assosiasiyası bildirib ki, gündə 2 milyarda yaxın fincan içilməklə qəhvə dünyada ən populyar içkidir. Lakin bu, ilk baxışdan belə görünür.

A worker selects Arabica coffee beans in Brazil
Fotonun müəllifi: REUTERS Dünyada istehlak olunan qəhvənin çəkisi istehlak edilən çayın çəkisindən çox olsa da, bir fincan içki üçün tələb olunan qəhvənin çəkisi çayı 5 dəfə üstələyir.

Dünyanın iki ən çox əhalisi olan ölkəsi – Çin və Hindistanda – cay daha çox içilir.

Qəhvəyə Şimali və Cənubi Amerikalarda üstünlük verilirsə, Asiya və keçmiş Sovet İttifaqı ölkələrinin əksəriyyətində üstünlük çaya verilir.

Britaniyanın Sheffield Universitetindən coğrafiyaşünas David Grigg hesab edir ki, müqayisə içilən litrlərlə aparılmalıdır.

O qeyd edir ki, dünyada istehlak olunan qəhvənin çəkisi çayın çəkisindən 80 faiz artıq olsa da, bir fincan içkiyə 10 qram qəhvə tələb olunur, çay isə cəmi 2 qram sərf olunur.

Riyazi hesablamalar göstərir ki, “Hər bir fincan qəhvə müqabilində dünyada 3 fincan çay içilir”, alim deyir.

13. Siz də əla qəhvə dəmləyə bilərsiniz

Ev şəraitində əla qəhvə dəmləmək üçün NCA bunları məsləhət görür:

Two robots designed by Viennese artist Claus Scholz 'enjoy' a coffee break in 1964
Fotonun müəllifi: GETTY IMAGES Siz özünüz də ev şəraitində əla qəhvə dəmləyə bilərsiniz.
  • Qəhvə dəmləyəcəyiniz qab təmiz olmalıdır. Köhnə qəhvə qalıqları dəmlədiyiniz içkiyə acılıq qata bilər.
  • Sevdiyiniz qəhvə növünü seçin: Arabica və ya Robusta? Növlərin qarışığı, yoxsa bir növ? Yüngülcə qızardılmış yoxsa tünd?
  • Qəhvə dənələrini üyüdəndən sonra mümkün qədər tez dəmləməyə çalışın.
  • Qəhvəni lazım olan kimi üyütdüyünüzə əmin olun.
  • Filtrdən keçirilmiş və ya qablaşdırılmış sudan istifadə edin. Suyu qaynatmayın – suyun temperaturu 90-95C arası olmalıdır..
  • Qəhvənin dəmlənmə vaxtı istifadə etdiyiniz üsuldan asılı olaraq müxtəlif ola bilər: Espresso üçün 30 saniyədən tutmuş soyuq qəhvə üçün bütün gecəyədək.

BBC Azəri

Son xəbərlər
Digər xəbərlər