“Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar” qanuna dəyişiklik edilib.
1-ci maddədə “Azərbaycan Respublikasının ən yüksək təltifi – “Heydər Əliyev” ordeni; hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilməsi təklif edilir:
“Zəfər” ordeni;
“Qarabağ” ordeni.
1.2. 2-ci maddəyə “Qızıl Ulduz” medalı;” hissəsindən əvvəl “Vətən Müharibəsi Qəhrəmanı” medalı;” hissəsi və “İgidliyə görə” medalı hissəsindən sonra aşağıdakı yeni hissələr əlavə edilməsi təklif edilir.
“Cəsur döyüşçü” medalı;
“Döyüşdə fərqlənməyə görə” medalı;
“Suqovuşanın azad olunmasına görə” medalı;
“Cəbrayılın azad olunmasına görə” medalı;
“Xocavəndin azad olunmasına görə” medalı;
“Füzulinin azad olunmasına görə” medalı;
“Zəngilanın azad olunmasına görə” medalı;
“Qubadlının azad olunmasına görə” medalı;
“Şuşanın azad olunmasına görə” medalı;
“Kəlbəcərin azad olunmasına görə” medalı;
“Ağdamın azad olunmasına görə” medalı;
“Laçının azad olunmasına görə” medalı;
“Vətən müharibəsi iştirakçısı” medalı;
“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı.