12 C
Baku
Thursday, March 28, 2024

Qərargah rəsmisi kreditlərlə bağlı açıqlama verib

“Krediti olanların, müştərilərin vəziyyətini yaxşılaşdırarkən, banka əmanətə pul qoymuş insanların və bankların özlərinin vəziyyətini pisləşdirməməliyik. Ona görə ki, burda bir zəncir var, insanlar banka əmanət qoyublar ordan faiz alırlar, bank da bu əmanətləri kredit alanlara verib ondan faiz alıb depoziti olanlara verir. Bu zəncirdə heç kim əziyyət çəkməsin, bank müflisləşməsin buna görə də bu məsələlər çox ciddi hesablamalara söykənməlidir.”

Banker.az xəbər verir ki,  bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov mətbuat konfransında bildirib.

İbrahim Məmmədov vurğulayıb ki, “Banka krediti olanlar da, banklar da, bu situasiyada ziyana məruz qalmış sektorlar da öz kompensasiyalarını alacaqlar.”

Və bu çox yaxın günlərdə rəsmi şəkildə elan olunacaq. Demək olar ki, son mərhələdədir.

Son xəbərlər
Digər xəbərlər